"Duqlas məni döydükdən sonra çox pul qazanmağa başladım"
Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson amerikalı Terens Kroufordun xarakteri ilə bağlı danışıb.
Mediasport.az xəbər verir ki, əfsanəvi döyüşçü Terensin rahat qələbələr qazandığını deyib:
"Baxın, insanlar həmişə mənimlə mübahisə edirlər. Bilirsiniz, böyük döyüşçü olmağın sirri nədir? Bəs, azarkeşlərin arenaları niyə doldurduğu haqda məlumatınız var? Krouford hamını məğlub etməyə davam etməlidir. Düzü, o, rəqiblərinin üzərində rahat qələbələr qazanır. Baster Duqlas məni döydükdən sonra çox pul qazanmağa başladım".
Xatırladaq ki, Krouford 12 raundluq döyüşdə həmvətəni Errol Spensi məğlub edib və mütləq dünya çempionu olub.