Azərbaycan çempionatı: Növbəti oyunların təqvimi açıqlanıb

  Azərbaycan çempionatı: Növbəti oyunların təqvimi açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunların keçirilmə vaxtı açıqlanıb.

Mediasport.az xəbər verir ki, kişilərin mübarizəsində qarşılaşmalar 27 və 29 martda baş tutacaq.

Sabah saat 17:00-da "Murov Az Terminal"ın idman zalında MOİK və "Neftçi" komandaları üz-üzə gələcəklər.

Eyni saatda "Azərreyl" və "Murov Az Terminal" Voleybol Mərkəzində qələbə uğrunda mübarizə aparacaqlar.

Martın 29-u, saat 17:00-da isə "Murov Az Terminal" MOİK-lə qarşılaşacaq.

Yarışın turnir cədvəlində "Azərreyl" 41 xalla birinci, "Murov Az Terminal" 31 xalla ikinci, "Neftçi" 22 xalla üçüncüdür. Çempionatda çıxışlarını dayandıran komandalardan "Xarı Bülbül Şuşa"nın 16, "Xarı Bülbül Laçın"ın 4 xalı var. Sonuncu sıradakı MOİK-in xalı yoxdur.