Komandamız 1/8 finala çıxdı
Çimərlik voleybolu üzrə Azərbaycan komandası Latviyanın paytaxtı Riqada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA ) U-18 çempionatında 1/8 finala yüksəlib.
Federasiyadan "Mediasport"a verilən məlumata görə, Muhamməd Aslanlı-Nəriman Bayramlıdan ibarət cütlük qrup mərhələsində iki oyun keçirib. Bir qarşılaşmada qələbə qazanan, digərində isə məğlub olan komanda 1/16 finala adlayıb.
Onlar bu raundda Polşanı təmsil edən Yakub Zdroyevski-Miçal Kuçarski ikilisinə 2:0 (21:15, 22:20) qalib gələrək 1/8 finala vəsiqə qazanıblar. Növbəti rəqib Litva olacaq.
Qeyd edək ki, Oqtay Qasımov və Camal Cəlilovdan ibarət digər komanda mübarizəni qrup mərhələsində dayandırıb.