Azərbaycan çempionatının lideri kubokda yarımfinala çıxa bilmədi

Azərbaycan çempionatının lideri kubokda yarımfinala çıxa bilmədi

Futzal üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin oyunları keçirilib.

Mediasport.az xəbər verir ki, ilk görüşdə U-19 “Şuşa” ilə qarşılaşıb.

Maraqlı duel son çempion "Araz-Naxçıvan"la liqanın cari lideri "Baku Fire" arasında olub.

Naxçıvan təmsilçisi adını yarımfinala yazdırıb.

Yarımfinal matçları fevralın 27-də baş tutacaq.


Azərbaycan kuboku. 1/4 final


U-19 - "Şuşa" 4:2

"Neftçi" - "STAR Kargo" 7:4

"Baku Fire" - "Araz-Naxçıvan" 2:6

PFL - "Xan-Lənkəran" 7:2


Yarımfinal


"Araz-Naxçıvan" - "Neftçi"

PFL - U-19