Çexiya millisi Azərbaycan yığmasına bu dəfə 6 qol vurdu
Futzal üzrə Azərbaycan milli komandası ikinci yoxlama görüşündə də Çexiya ilə qarşılaşıb.
Mediasport.az xəbər verir ki, həmin qarşılaşmada yığmamız 2:6 hesabı ilə uduzub.
Dünən keçirilən birinci yoxlama matçında Çexiya Azərbaycanı 3 cavabsız qolla məğlub etmişdi.
Beynəlxalq yoldaşlıq oyunu
Çexiya - Azərbaycan 6:2
Qollar: David Drozd, 2; 18; 22, Tomaş Kuçta, 3, Pavel Drozd, 21, Radim Zaruba, 24 - Ülvi Əliyev, 1; 6
Çexiya: 12. Adam Vondraçek (q), 5. Pavel Drozd, 6. Tomaş Kuçta, 9. Tomaş Koudelka, 11. David Drozd, 1. Miçal Hula (q), 2. Duşan Kunstner, 3. Matej Maur, 4. Radim Zaruba, 8. Filip Havrda, 10. Miçal Seidler (k), 13. Miçal Holy, 14. Dominik Balog, 18. Adam Knobloç.
Baş məşqçi: Marek Kopeçki.
Azərbaycan: 12. Kamran Hacıyev (q), 7. Xəzər Ağalızadə, 8. Murad Quluzadə, 10. Fərid Abbasov, 14. Ülvi Əliyev, 1. Emin Kürdov (q, k), 19. Vladislav Reznov (q), 2. İlham Alıyev, 5. Eldar Zeynalov, 6. Mirzə Əmirov, 9. Emil Həsənzadə, 17. Oktay Rüstəmli, 20. Tofiq Mikayılov.
Baş məşqçi: Vitali Borisov.
20 sentyabr. Çexiya, Zlin.