Yığmamız son matçına çıxacaq
Bu gün 20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında sonuncu oyununa çıxacaq.
Mediasport.az xəbər verir ki, buna qədər keçirdiyi 4 oyunda 1 set belə, qələbə qazanmayan yığmamız bu dəfə Polşa ilə qarşılaşacaq.
Milli komandamız daha əvvəl Estoniya, Latviya, Ukrayna və Litvaya 0:3 hesabı ilə məğlub olub.
Xatırladaq ki, turnir AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.