Azərbaycan çempionu məlum oldu

Azərbaycan çempionu məlum oldu

Voleybol üzrə qadınlar arasında Azərbaycan Yüksək Liqasının qalibi və medalçılar müəyyənləşib.

mediasport.az xəbər verir ki, “Azərreyl” ölkə çempionu adını qazanıb.

Finalın üçüncü qarşılaşmasında da “Azərreyl"ə 0:3 hesabı ilə uduzan “Abşeron” gümüş medalla kifayətlənib.

Bürünc medal uğrunda qarşılaşmada UNEC-i 3:0 (25:19, 25:15, 25:16) hesabı ilə məğlub edən "Murov" üçüncü yeri rəsmiləşdirib.