Debütant klubumuz avrokuboklara qələbə ilə başlayıb - Çelenc Kuboku
Avrokubokda debüt edən kişi voleybolçulardan ibarət “Xarı bülbül Şuşa” klubu bu gün ilk görüşünü keçirib.
Mediasport.az xəbər verir ki, Çelenc Kubokunun 1/32 final mərhələsində komandamızın rəqibi Slovakiyanın “Spartak Miyava” klubu olub.
GİN-nin Voleybol Mərkəzində baş tutan birinci qarşılaşmada Şuşa təmsilçisi qonaqları hər üç setdə məğlub edib - 25:23, 25:21, 27:25.
Komandalar arasında cavab qarşılaşması tərəflərin razılığına əsasən sabah yenə Bakıda keçiriləcək.
Görüş saat 18:00-da start götürəcək.