Əbu-Dabidə "Böyük Dəbilqə"də 14 cüdoçumuz mübarizə aparacaq

Əbu-Dabidə "Böyük Dəbilqə"də 14 cüdoçumuz mübarizə aparacaq

Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcəklər.

Mediasport.az xəbər verir ki, turnir oktyabrın 11-dən 13-dək təşkil olunacaq.

Yarışda 30 ölkədən 232 cüdoçu medallar uğrunda mübarizə aparacaq. Millimiz 8 çəki dərəsində 12 kişi və 2 qadın idmançı ilə təmsil olunacaq.

Kişilərdən ibarət komandaya yığmanın böyük məşqçiləri Elçin İsmayılov və Slavko Tekiç, qadın yığmamıza isə baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edəcək.

Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.


Qadınlar


48 kq.

Leyla Əliyeva

57 kq.

Acelya Toprak


Kişilər


60 kq.

Balabəy Ağayev

Hüseyn Allahyarov

66 kq.

Ruslan Paşayev

Rəşad Yelkiyev

73 kq.

Rəşid Məmmədəliyev

Nəriman Mirzəyev

81 kq.

Zelim Tçkayev

Ömər Rəcəbli

90 kq.

Murad Fətiyev

Musa Hüseynli

+100 kq.

İmran Yusifov

Uşangi Kokauri