Balabəy İsraildə Turan Bayramova qalib gəlib "bürünc" qazandı
İsraildə cüdo üzrə ilin son yarışı - "Masters" turninə start verilib.
mediasport.az xəbər verir ki, yarışın ilk günü Azərbaycan 1 medal qazanıb.
60 kq çəkidə yarışan Balabəy Ağayev bürünc medal uğrunda qarşılaşmada digər Azərbaycan təmsilçisi Turan Bayramova qalib gələrək üçüncü olub.
Yarışda Azərbaycanı 13 cüdoçu təmsil edir. Kişilər arasında Balabəy Ağayev, Kəramət Hüseynov, Turan Bayramov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (66 kq), Elcan Hacıyev, Səid Mollayi, Zelim Tçkayev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq), qadınların yarışında isə Leyla Əliyeva (48 kq) mübarizə aparacaqlar.
Turnirdə 58 ölkədən 350-dən çox cüdoçu iştirak edir.