Qran-pridə son gün: Daha 2 iki cüdoçumuz mübarizəyə qoşulur
Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirinə bu gün yekun vurulacaq.
mediasport.az xəbər verir ki, son yarış günündə daha 2 Azərbaycan cüdoçusu tatamiyə çıxacaq
-90 kq çəkidə Elcan Hacıyev və Murad Fətiyev medallar uğrunda mübarizə aparacaq.
Daha əvvəl Rəşid Məmmədəliyev (73 kq) və Kamran Süleymanov (66 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb.