TARİX YAZILDI! "Qarabağ" Avropa Liqasının 1/8 finalında!
100 ildən çox yaxşı olan Azərbaycan futbolu tarixinin ən vacib, əlamətdar oyunu Bakıda baş tutub.
Mediasport.az xəbər verir ki, avrokuboklarda illərdir ard-arda ilklərə imza atan "Qarabağ" doğma publika qarşısında UEFA Avropa Liqasının keçid pley-off mərhələsinin "Braqa" ilə cavab görüşünə çıxıb.
Ötən həftə Portuqaliyada 2 top fərqilə qalib gələrək dünya mətbuatının gündəmi olan Azərbaycan çempionu səfərdəki üstünlüyü 120 dəqiqə ərzində qoruyaraq ölkəmiz adına daha bir yeni tarixi yazmış oldu.
UEFA Avropa Liqası. Pley-off. Cavab oyunu
"Qarabağ" (Azərbaycan) - "Braqa" (Portuqaliya) 0:2 (ə.v. 2:1)
Qollar: Mateus Silva, 102, Nəriman Axundzadə, 100+2 - Rocer Fernandes, 70, Calo, 83, Simon Banza, 111.
Baş hakim: Georgi Kabakov
Yan xətt hakimləri: Martin Marqaritov, Diyan Valkov
Dördüncü hakim: Nikola Popov
VAR: İvaylo Stoyanov
AVAR: Draqomir Draqanov (Hakimlər briqadası Boqlarıstandandır)
Hakim-inspektor: Petteri Kari (Finlandiya)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. İlk matç - 4:2.
"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 29. Veşoviç, 7. Yassin Benzia, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio.
Baş məşqçi: Qurban Qurbanov.
"Braqa": 1. Mateus, 2. Viktor Qomes, 15. Paulo Oliveyra, 4. Siku Niakate, 26. Kristian Borxa, 28. Joao Moutinyo, 22. Pizzi, 16. Rodriqo Salazar, 23. Simon Banza, 9. Abel Ruiz (k), 11. Rocer Fernandes.
Baş məşqçi: Artur Jorje.