Millimizin UEFA Millətlər Liqasında mümkün rəqibləri - SİYAHI
UEFA Millətlər Liqasının 2024/2025-ci illər mövsümündə iştirakçı yığmaları səbətlərə bölünüb.
Mediasport.az xəbər verir ki, Azərbaycan millisi növbəti dəfə C Liqasında yarışacaq.
Komandamız püşkatmada 2-ci səbətdə yer alacaq. I səbətdə olan potensial rəqiblərimiz arasında Ermənistan seçməsi də yer alır, lakin UEFA məlum səbəbdən bu komandaların eyni qrupa düşməsinə icazə vermir.
UEFA Millətlər Liqasında yeni mövsümün püşü gələn il fevralın 8-də Fransanın paytaxtı Parisdə atılacaq.
Qruplarda ilk oyunlar sentyabrın 2-də keçiriləcək. Birinci yeri tutacaq yığmalar bir üst liqada mübarizə aparmaq imkanı əldə edəcəklər.
İkinci pillənin sahibləri isə pley-offa çıxacaqlar. Qruplarda sonuncu yerlərin sahibləri aşağı liqaya düşəcəklər.
A Liqası
I səbət: İspaniya, Xorvatiya, İtaliya, Niderland
II səbət: Danimarka, Portuqaliya, Belçika, Macarıstan
III səbət: İsveçrə, Almaniya, Polşa, Fransa
IV səbət: İsrail, Bosniya və Herseqovina, Serbiya, Şotlandiya
B Liqası
I səbət: Avstriya, Çexiya, İngiltərə, Uels
II səbət: Finlandiya, Ukrayna, İslandiya, Norveç
III səbət: Sloveniya, İrlandiya, Albaniya, Monteneqro
IV səbət: Gürcüstan, Yunanıstan, Türkiyə, Qazaxıstan
C Liqası
I səbət: Rumıniya, İsveç, Ermənistan, Lüksemburq
II səbət: Azərbaycan, Kosovo, Bolqarıstan, Farer adaları
III səbət: Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr
IV səbət: Belarus, Litva/Cəbəllütariq, Estoniya, Latviya
D Liqası
I səbət: Litva/Cəbəllütariq, Moldova
II səbət: Malta, Andorra, San Marino, Lixtenşteyn