"Səbail" doğma meydanda darmadağın edildi, "Zirə"dən "Qarabağ" üzərində tarixi qələbə

"Səbail" doğma meydanda darmadağın edildi, "Zirə"dən "Qarabağ" üzərində tarixi qələbə

Bu gün Azərbaycan Premyer Liqasında 2023/2024-cü illər mövsümünün ilk turu çərçivəsində daha iki görüş keçirilib.

mediasport.az xəbər verir ki, hər iki matç paytaxtda oynanılıb.

Yenilənmiş "Səbail" evdə "Sumqayıt" tərəfindən darmadağın edilibsə, son çempion "Qarabağ"ın oyununda sürpriz qeydə alınıb. "Zirə" tarixində ilk dəfə Ağdam klubunu məğlub edib, öz də səfər meydanında.

Turun qalan 2 qarşılaşması sabah baş tutacaq.


Azərbaycan Premyer Liqası, 1-ci tur


"Səbail" – "Sumqayıt" 1:4

Qollar: David Qomis, 62 – Rövlan Muradov, 27. Erik Sorqa, 67-pen. Kamran Quliyev, 70. Səbuhi Abdullazadə, 76.

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov

VAR: Fərid Hacıyev

AVAR: Cəmil Quliyev

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Erkin Hüseynov

“ASCO Arena”. Saat 18:30

Səbail: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 5. Adil Nağıyev, 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 88. Valdemar Almeyda, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 44. Yadin Luqasi.

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 9. Amil Yunanov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 4. Adi Mehremiç.

Baş məşqçi: Şahin Diniyev.

Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 4. İsa Suliman, 9. Erik Sorqa, 71. Masaki Murata.

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 58. Oktavio Manteka, 10. Kamran Aliev, 60. Tresor Mossi.

Baş məşqçi: Samir Abasov.


"Qarabağ" – "Zirə" 0:1

Qol: Dmitrios Çantakias, 49.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev

VAR: Rauf Cabarov

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Elçin Məmmədov

“Azersun Arena”. Saat 21:00

Qarabağ: 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon Cica.

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 81. Kevin Medina, 7. Yassin Benzya, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade.

Baş məşqçi: Qurban Qurbanov.

Zirə: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev.

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 66. Pərviz Azadov, 87. İlqar Əhmədov, 5. Stefan Aka, 23. Andriya Lukoviç, 17. Toni Qomes, 7. Filipe Paxtman, 19. Salifu Suma.

Baş məşqçi: Rəşad Sadıqov.