Azərbaycan idmançıları Dünya Kubokunda daha 2 medal qazandılar
Azərbaycanın daha iki paraatleti Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunda medal qazanıb.
Milli Paralimpiya Komitəsindən “mediasport”a verilən məlumata görə, para-pauerliftinq üzrə millinin üzvü Talıb Zeynalov +107 kq çəki dərəcəsində gənc idmançılar kateqoriyasında qızıl medal əldə edib.
O, 146 kq nəticə ilə fərdi çəkidə ən yaxşı göstəriciyə imza atıb. Bununla Zeynalov ümumi çəkidə də daha bir qızıl medalın sahibi olub. Talıb Zeynalov böyüklər arasında yarışı isə 5-ci pillədə tamamlayıb.
Yığmanın digər paraatleti Şamo Aslanov +107 kq çəki dərəcəsində 3 cəhdin cəmində 595 kq nəticə göstərərək, gümüş mükafata yiyələnib. O, fərdi kateqoriyada 205 kq nəticə ilə yarışı 4-cü yerdə başa vurub.
Paraatletlərimizdən Leyla Kərimova Dünya Kubokunda dünən Avropa rekordunu qıraraq çempion olub.