İspaniya klubu ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi oldu
Futzal üzrə UEFA Çempionlar Liqasında 2023/2024-cü illər mövsümünün qalibi müəyyənləşib.
Mediasport.az xəbər verir ki, finalda İspaniyanın "Palma" və "Barselona" klubları qarşılaşıblar.
5:1 hesabı ilə inamlı qələbə qazanan "Palma" ardıcıl ikinci dəfə kuboku başı üzərinə qaldırıb.
Portuqaliyanın "Sportinq" və "Benfika" klublarının bürünc medallar uğrunda matçında isə sevinən tərəf birincilər olublar - 6:3.