Azərbaycan idmançısı Dünya çempionatında ikinci oldu - VİDEO
Azərbaycan avarçəkəni Diana Dimçenko Uelsin Pembrukşir şəhərində keçirilən sahil avarçəkməsi üzrə Dünya çempionatında gümüş medal qazanıb.
MediaSport.az xəbər verir ki, finalda 17 idmançı ilə mübarizə aparan ukraynalı təmsilçimizi Dünya çempionluğundan 9 saniyə ayırıb.
25 dəqiqə, 05,86 saniyəyə finiş xəttinə çatan Dimçenko fəxri kürsünün 2-ci pilləsinə qalxıb. Birinci yeri Fransa, 3-cü yeri isə İsveç təmsilçisi tutub. Diana Dimçenko 2018 və 2019-cu illərdə Dünya çempionatının qalibi, 2021-ci ildə gümüş mükafatçı olub.