Avarçəkənlərimiz Slovakiyada beynəlxalq turnirdə iştirak edəcək

Avarçəkənlərimiz Slovakiyada beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycanın gənc avarçəkənləri Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək kayak və kanoe üzrə beynəlxalq reqatada iştirak edəcək.

Mediasport.az xəbər verir ki, yeniyetmə və gənclər arasında təşkil olunacaq yarışda ölkəmiz 6 idmançı ilə təmsil olunacaq.

Məşqçilər Mirnazim Cavadov və Boqdan Kurudzun rəhbərliyi ilə Amil Ramazanov, Əlimurad Hacızadə, Qiyas Əhmədov, Ceyhun Vəlixanov, Niyaz Məlikov və Paşa Əsgərov Bratislavada medal uğrunda mübarizə aparacaq.

Yarış 24-26 may aralığında keçiriləcək.