Azərbaycan klubu Liberiya yığmasının üzvünü transfer etdi - 1,5 illik anlaşma
Qış transfer dönəminin açılmasını gözləməyən "Sumqayıt" artıq heyətini gücləndirməyə başlayıb.
mediasport.az sportal.az saytına istinadən xəbər verir ki, Samir Abasovun komandası Liberiya millisinin hücumçusu Terrens Tisdelllə anlaşıb.
"Kimyaçılar" afrikalı forvardla 1,5 illik müqaviləni razılaşdırıblar. 24 yaşlı futbolç bir müddət idi ki, "gənclik şəhəri" təmsilçisinin düşərgəsində məşq edirdi. Karyerası ərzində "Fassel", "Sanxoanense", "Baroka", "Hapoel Petah-Tikva", "Kocaelispor" klublarında oynamış liberiyalının son komandası "Botoşani" idi.