Argentina yığmasının keçmiş üzvü "Neftçi"də oynayacaq - RƏSMİ
Bir qədər öncə xəbər verdiyimiz kimi, "Neftçi" heyətini heyətini yeni futbolçu ilə gücləndirib.
Paytaxt klubundan "Mediasport"a verilən məlumata görə, argentinalı Lukas Melano ilə rəsmi müqavilə bağlanıb.
30 yaşlı forvard yaxın günlərdə Bakıya gələrək tibbi baxışdan keçəcək. Bildirilib ki, daha sonra müqavilənin detalları haqqında ətraflı məlumat paylaşılacaq.
Qeyd edək ki, sonuncu klubu “Atletiko Sarmiento” (2023) olan Lukas Melano Argentinanın “Nyuells Old Boyz” (2022), “Sentral Kordoba” (2021), “San-Lorenso de Almaqro” (2021), “Atletiko Tukuman” (2019-2021), “Estudiantes” (2017-2018), “Lanus” (2013-2015), “Belqrano” (2011-2013, 2017), həmçinin Çilinin “Universidad Katolika” (2022) və ABŞ-nin “Portlend Timbers” (2015-2019) klublarında çıxış edib.
2013-cü ildə “Lanus”la Sudamerikana kubokunun, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS kubokunun qalibi olub. O, 2013-cü ildə Argentinanın U-20 milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.