Bakı klubunu kubokun finalına çıxarmış məşqçi dünyasını dəyişdi
2004/2006-cı illərdə ovaxtkı "İnter"in (indiki "Şamaxı") baş məşqçisi olmuş Anatoli Konkov dünyasını dəyişib.
Mediasport.az xəbər verir ki, ukraynalı mütəxəssis 76 yaşında vəfat edib.
"İnter" onun rəhbərliyi altında 2004/2005-ci illər mövsümündə Azərbaycan Kubokunda final oynayıb.
Keçmiş SSRİ yığmasının heyətində 47 oyuna 8 qol vurmuş Konkov son olaraq vətənində "Stal"da (2008/2012) işləyib.