"Kəpəz" müqavilə bağladığı daha bir futbolçusu ilə vidalaşdı - RƏSMİ
10 gün əvvəl "Kəpəz"lə müqavilə bağlayan Bəxtiyar Həsənalızadə Gəncə klubunu tərk edib.
mediasport.az xəbər verir ki, müdafiəçi karyerasını Türkiyədə davam etdirəcək.
Klub yaydığı açıqlama qeyd edib ki, millinin üzvü ilə aralarında bağlanan müqavilədə ölkə xaricindən təklif gələcəyi halda sərbəst qalacağı barədə bənd yer aldığından anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, "Kəpəz" 1 ay əvvəl heyətinə qatdığı Zamiq Əliyevlə də qısa müddət sonra vidalaşmış, müdafiəçi "Araz-Naxçıvan"a keçmişdi.