Kubokun finalçıları müəyyənləşib

Kubokun finalçıları müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan Kubokunda finalçılar müəyyənləşib.

Mediasport.az xəbər verir ki, yarımfinalda "Azəryol" komandası "Dinamo" ilə, "Bakı" isə "Qarabağ"la qarşılaşıb.

"AHF Arena"da keçirilən görüşlərdə "Azəryol" "Dinamo" üzərində 45:28 hesablı qələbə qazanıb.

"Bakı" "Qarabağ"ı məğlub edib - 34:28.

Beləliklə, mayın 30-da baş tutacaq həlledici dueldə "Bakı" və "Azəryol" komandaları üz-üzə gələcəklər.