Yığmamızdan Mərkəzi Asiyanın Açıq Çempionatında növbəti qələbə
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiyanın Açıq Çempionatında ikinci oyununa çıxan Həndbolçu qadınlardan ibarət Azərbaycan yığma komandası növbəti qələbəsini qazanıb.
Mediasport.az xəbər verir ki, millimiz bu dəfə də yerli komandaya - ROPSTTM-ə qalib gəlib - 39:31.
Yığmamız A qrupunda növbəti matçını Qazaxıstanın ALMATA REGİON klubuna qarşı keçirəcək.
Xatırladaq ki, həndbolçularımız dünən Özbəkistanın OKMK klubunu 30:28 hesabı ilə məğlub etmişdi.
Mayın 21-dək davam edəcək yarışda 9 komanda mübarizə aparır.
Qruplarda ilk iki yeri tutacaq komandalar yarımfinala vəsiqə qazanacaqlar.