Azərbaycan çempionatında yeni mövsümün püşkü atıldı

Azərbaycan çempionatında yeni mövsümün püşkü atıldı

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatında 2022/2023 mövsümünün püşkü atılıb.

mediasport.az xəbər verir ki, kişilər arasında I və II turun matçları 12-13 noyabrda keçiriləcək.

Qadınlar arasında ilk iki turun matçları isə 19-20 noyabrda baş tutacaq. "AHF Arena" da təşkil olunacaq çempionatda 7 kişi, 5 qadın komandası mübarizə aparacaq.

Yeni reqlamentə əsasən, qələbəyə 3 xal veriləcək. Hesab bərabər olarsa, oyun penaltilər seriyası ilə davam etdiriləcək. Qalib komanda 2, məğlub tərəf isə 1 xal qazanacaq. Eyni zamanda, hər komanda rəqibi ilə iki gün ərzində qonaq və ev oyunları keçirəcək.


Azərbaycan çempionatı (Kişilər). 1-ci tur

12 noyabr

"Təhsil" - U-16

"Məhsul" - "Bakı"

"İdman Akademiyası" - RİOEUGİM


2-ci tur

13 noyabr

"Bakı" - "Məhsul"

RİOEUGİM - "İdman Akademiyası"

U-16 - "Təhsil"


Azərbaycan çempionatı (Qadınlar). 1-ci tur

19 noyabr

"İdman Akademiyası" - "Azəryol"

"Azərsu" - U-16


2-ci tur

20 noyabr

"Azəryol" - "İdman Akademiyası"

U-16 - "Azərsu"