Lider uduzsa da, mövqeyini qorudu
Həndbol üzrə kişilər arasında Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib.
mediasport.az xəbər verir ki, çempionatın lideri "İdman Akademiyası" turu məğlubiyyətlə başa vurub.
Komanda "Məhsul"a minimal hesabla uduzsa da (23:24) turnir cədvəlindəki liderlik mövqeyini qoruyub. U-16 "Bakı"ya məğlub olub, "Təhsil" isə "Dinamo"ya qalib gəlib.