Azərbaycan Kubokunda yeni mövsümün təqvimi məlum oldu

Azərbaycan Kubokunda yeni mövsümün təqvimi məlum oldu

Peşəkar Futbo Liqası futbol üzrə Azərbaycan Kubokunda 2023/2024-cü illər mövsümünün təqvimini açıqlayıb.

MediaSport.az xəbər verir ki, turnirdə mübarizəyə noyabrda start veriləcək.

Əsas mübarizə - 1/8 final mərhələsi isə 19-20 dekabr tarixlərində baş tutacaq. Bu raundların hamısında qalib bir oyunla bilinəcək.

Ölkə kubokunda 1/4 final görüşləri 2024-cü ilin yanvar-fevral aylarına təsadüf edəcək. Apreldə isə yarımfinalın həm ilk, həm də cavab qarşılaşmaları təşkil olunacaq.

Azərbaycan Kubokunun final matçı iyunun 2-də gerçəkləşəcək və bununla mövsüm başa çatacaq.


Azərbaycan Kuboku


18-19 noyabr: I təsnifat mərhələsi

28-30 noyabr: II təsnifat mərhələsi

19-20 dekabr: 1/8 final

30-31 yanvar 2024-cü il: 1/4 final, ilk oyunlar

6-7 fevral: 1/4 final, cavab oyunları

2 aprel: yarımfinal, ilk oyunlar

23 aprel: yarımfinal, cavab oyunları

2 iyun: Final