Azərbaycanın daha bir idman xadimi dünyasını dəyişib

Azərbaycanın daha bir idman xadimi dünyasını dəyişib

Azərbaycanda daha bir idman xadimi dünyasını dəyişib.

Mediasport.az xəbər verir ki, veteran futbolçu Asif Namazovun ardından, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Əsgər Əmirəliyev də vəfat edib.

AFFA nümayəndəsi kimi ölkədaxili oyunlara təyinat alan idman xadiminin infraktdan dünyasını dəyişdiyi bildirilir.

Epilepsiyadan əziyyət çəkən Əmirəliyev Azərbaycan Respublikası Prezidentinin 2 mart 2010–cu il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə də təltif olunub.

Onun oğlu Akif Əmirəli FİFA referi köməkçisidir.

Allah rəhmət eləsin!