SON DƏQİQƏ! Qurban Qurbanov bu legioneri buraxmağa razılaşdı
"Qarabağ" rəhbərliyi ilə Luka Quqeşaşvili arasında gedən danışıqlar yekunlaşıb.
Mediasport.az saytına verilən məlumata görə, Ağdam klubu gürcüstanlı qapıçını 1 il müddətinə icarəyə verməyə razılaşıb.
Baş məşqçi Qurban Qurbanova müraciət edən qolkiper təcrübəli mütəxəssisdən müsbət cavab alıb. O, yeni transfer Andrey Lunyovun gəlişindən sonra əsas heyətə düşəcəyinə ümid etmədiyini bildirib, Qurbanov Lukanın icarəyə getmək istəyinə etiraz etməyib.
Gürcüstan millisinin "çərçivə" qoruyucusuna bir neçə ölkədən təklif var. Güman ki, "transfer pəncərəsi" bağlanana qədər yeni klubu müəyyənləşəcək.
"Atlılar" qapıçını 2020-ci ilin əvvəlində “Yagelloniya”dan icarəyə götürüb, 6 ay sonra transfer hüququna tam yiyələnərək 3 illik müqavilə bağlayıblar.