Fernandu Santuş mətbuat konfransında iştirak edəcək
Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində Tallində Estoniyanın qonağı olacaq.
Mediasport.az xəbər verir ki, yığmamızın baş məşqçisi Fernandu Santuş oyundan öncə mətbuat konfransında iştirak edəcək.
Rəqibin baş məşqçisi Yurgen Henn də həmin gün jurnalistlərin önünə çıxacaq.
Xatırladaq ki, Estoniya - Azərbaycan oyunu 11 oktyabrda, Tallin şəhərindəki "Lilleküla" stadionunda keçiriləcək.
10 oktyabr
Estoniya milli komandası
10:45 Mətbuat konfransı
11:15 İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Azərbaycan milli komandası
17:15 Mətbuat konfransı
18:00 İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq