Gəncə təmsilçisi argentinalı məşqçi ilə 1 illik müqavilə bağlayıb
Qadın voleybolçulardan ibarət “Gəncə” klubunun məşqçilər korpusunda yeni təyinat olub.
Mediasport.az xəbər verir ki, komanda argentinalı İqnasio Aqustin İbarra ilə anlaşıb.
Mütəxəssislə birillik müqavilə imzalanıb. O baş məşqçi Sergey Çasnavitskinin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq.
Qeyd edək ki, İqnasio Aqustin İbarra son olaraq Argentinanın “Circulo La-Plata” klubunda çalışıb. "Gəncə" daha əvvəl belaruslu məşqçi Vladimir Moysieviçi də heyətinə qatıb.