Azərbaycan millisində oynamış futbolçu diskvalifikasiya edilib

 Azərbaycan millisində oynamış futbolçu diskvalifikasiya edilib

“Zaqatala”nın futbolçusu Mahmud Məmmədov dopinqə görə diskvalifikasiya olunub.

Mediasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki o, 23 dekabr 2022-ci il tarixində Azərbaycan Milli Antidopinq İntizam Komitəsi (AMAİK) tərəfindən qəbul edilən qərarla Antidopinq Qaydalarının 2.1-ci və 2.2-ci maddələri ilə nəzərdə tutulmuş qayda pozuntularını törətmiş hesab edilib.

Bu səbəbdən M.Məmmədov barəsində məcburi şərti kənarlaşdırma - 28 iyun 2022-ci il tarixindən hesablanmaqla 2 illik diskvalifikasiya sanksiyası tətbiq edilib.

2022-ci il mayın 17-də I Divizionun “Neftçi-2” ilə qarşılaşmasında çıxış edən futbolçudan Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən toplanan müvafiq nümunələr laboratoriyaya göndərilib və qadağan edilmiş maddənin mövcudluğu aşkar edilib.

FİFA 9 fevral 2023-cü il tarixində qəbul edilən qərarla AMAİK-in 23 dekabr 2022-ci il tarixli qərarını tanıyıb.

Qeyd edək ki, Mahmud Məmmədov 20 yaşadək millimizdə də çıxış edib. O, ötən ilin iyununda Özbəkistanın U-20 yığması ilə Bakıda keçirilmiş yoxlama oyunlarında meydanda olub və 24 nömrəli formanı geyinib.