Türkiyə mətbuatı Mahir Emrelinin debütünü uğursuz adlandırdı
Türkiyə mətbuatı mövsümün sonuna qədər "Konyaspor"da icarə əsasında forma geyinəcək Mahir Emrelinin debütünü qiymətləndirib.
mediasport.az xəbər verir ki, Türkiyə Superliqasına Zaqreb "Dinamo"sundan gələn 26 yaşlı forvardın cinahdakı çıxışı qənaətbəxş hesab edilməyib.
“Girəsunspor”la görüşdə debüt edən və sağ cinahda oynayan Mahirin potensialından aşağı çıxış etdiyi qeyd olunub. Bildirilir ki, yığmamızın hücumçusu növbəti matçlarda mərkəz hücumçusu kimi oynasa, daha çox effektli olar.