Bölgə klubundan ayrılan təcrübəli futbolçu 2-ci Liqada oynayacaq
Ötən mövsümü futbol üzrə Azərbaycan 1-ci Liqasında keçirmiş Akif Hüseynovun yeni klubu müəyyənləşib.
Mediasport.az xəbər verir ki, "Karvan"dan ayrılan hücumameylli futbolçu karyerasını 2-ci Liqada davam etdirəcək.
31 yaşlı Tağıyev "Şəmkir"lə anlaşıb. O, qərb təmsilçisi ilə 1 illik müqavilə bağlayıb.
Təcrübəli futbolçu daha əvvəl "Turan Tovuz", "Xəzər Lənkəran", AZAL, "MKT-Araz" və Türkiyə Həvəskarlar Liqasında çıxış edib.