Almeyda: "Azərbaycan millisinin formasını həmişə qürurla daşıdım"
Azərbaycan milli komandasının keçmiş futbolçusu Riçard Almeydaya AVRO-2024-ün seçmə mərhələsinin İsveçlə oyunundan əvvəl xatirə hədiyyəsi verilib.
Mediasport.az xəbər verir ki, yığma karyerasını başa vuran "Qarabağ"ın yarımmüdafiəçisinə xüsusi mükafat təqdim olunub.
Milliləşdirilmiş braziliyalı mükafatla bağlı sosial şəbəkə hesabında hesabında paylaşım edib:
"Azərbaycan milli komandasının formasını həmişə qürurla daşıdım və buna görə karyeramı qiymətləndirən hər kəsə xüsusi təşəkkür edirəm. Oyundan öncə azarkeşlər önündə bizə verilən xatirə hədiyyəsinin dəyəri mənim üçün çox böyükdü. Milli komandaya bir azarkeş kimi gələcəkdə ancaq uğurlar arzulayıram".
Qeyd edək ki, Riçard Almeyda 2017-ci ilin mart ayında Azərbaycan millisində debüt edib.
34 yaşlı təcrübəli futbolçu yığmanın heyətində 31 oyun keçirib, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.