"Buriram Yunayted" Ramilsiz darmadağına sevinib - VİDEO

"Buriram Yunayted" Ramilsiz darmadağına sevinib - VİDEO

Tailand Premyer Liqasında 15-ci turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Buriram Yunayted" evdə "Uthay Tani" ilə qarşılaşıb (4:0).

Şeydayevin adı həmin oyunun iştirak ərizəsinə daxil edilməyib.

"Buriram Yunayted" hazırda ölkə çempionatının turnir cədvəlində 24 xalla dördüncüdür.

Xatırladaq ki, 15-ci turun sonuncu oyunu sabah baş tutacaq.

Tailand Premyer Liqası. 15-ci tur

"Buriram Yunayted" - "Uthay Tani" 4:0