Mahir Emreli məşqdə zədələnib

Mahir Emreli məşqdə zədələnib

Xorvatiyanın “Dinamo” klubunda çıxış edən Azərbaycan yığmasının hücumçusu Mahir Emreli zədələnib.

Mediasport.az xəbər verir ki, bu barədə Zaqreb klubunun baş məşqçisi Sergey Yakiroviç məlumat verib.

Bosniya və herseqovinalı mütəxəssis 26 yaşlı forvardın ötən gün məşqdə ikili mübarizə zamanı baldırından zədə aldığını deyib. Yakiroviçin sözlərinə görə, Mahirin zədəsi ciddi deyil:

“Bu, daha çox fiziki yorğunluqla əlaqədardır. Fikrimcə, qısa müddətdə yaxşılaşacaq".

Xorvatiya çempionatı Superliqanın 12-ci turu çərçivəsində sabah “Qoritsa” səfərinə yollanacaq.