Ermənilər futbolçumuzu II raunda buraxmadılar - Konfrans Liqası
Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin formasını geyindiyi Albaniyanın “Eqnatiya” klubu "Ararat-Armeniya" ilə UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununa çıxıb.
MediaSport.az xəbər verir ki, forvardın start heyətində başladığı matç meydan sahibləri üçün uğursuz yekunlaşıb.
Görüş heç-heçə bitib - 2:2. İlk dueldə də bərabərlik qeydə alınmışdı - 1:1. Əlavə vaxtda da "sülh" (2:2) olduğundan qalibi penaltilər seriyası müəyyənləşdirib. Futbolçumuzun komandası "lotereya"da rəqibinə məğlub olmaqla Konfrans Liqasında mübarizəni dayandırıb. Vüsal 62 dəqiqə oynamaq imkanı qazansa da, qol vura bilməyib.