Azərbaycan - İordaniya oyununun hakimlər briqadası açıqlanıb
Sentyabrın 12-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan - İordaniya beynəlxalq yoldaşlıq oyununu idarə edəcək hakimlər briqadası açıqlanıb.
Mediasport.az xəbər verir ki, qarşılaşmanı Türkiyədən olan hakimlər idarə edəcəklər.
Matçın baş hakimi Arda Kardeşler olacaq. Yan xətt hakimi funksiyalarını Ceyhun Sesigüzel və İbrahim Çağlar Uyarcan yerinə yetirəcək.
Dördüncü hakim Azərbaycandan seçilib - Tural Qurbanov.
Bakı vaxtı ilə saat 20:00-da başlanacaq görüş “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq