Macar İvan Petrov məşqçi və idmançılara seminar-treninq keçib

Macar İvan Petrov məşqçi və idmançılara seminar-treninq keçib

Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) idman direktoru İvan Petrov yığmanın Quba Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplanışında idmançılar və məşqçilərə seminar-treninq keçib.

Mediasport.az xəbər verir ki, macarıstanlı mütəxəssis millinin baş məşqçisi ilə birgə məşq prosesini izləyib.

İdman direktoru AÜF-ün mətbuat xidmətinə açıqlamasında bildirib ki, səfərinin məqsədi millidə məşqçilərin kvalifikasiyalarının artırılmasına dəstək vermək, onların sayəsində qabiliyyətli idmançılar yetişdirməyə yardımçı olmaqdır:

“Artıq Azərbaycanda su idman növləri üzrə yeni gənc nəsil yetişməkdədir. Bacarıqlı idmançıların sayı artdıqca, millinin heyətinin yenidən formalaşdırılmasına da ehtiyac duyulur. Bu gün Qubada məşqçilərin və idmançıların peşəkarlıqlarının daha da artırılması istiqamətində işlərimizi davam etdirəcəyik”.

Qeyd edək ki, Azərbaycan üzgüçülük millisi oktyabrın 8-dən tam heyətlə Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçir.