İdmançımız Beynəlxalq İdman Festivalında gümüş medal qazandı

İdmançımız Beynəlxalq İdman Festivalında gümüş medal qazandı

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında gümüş medal qazanıb.

Mediasport.az xəbər verir ki, 37 ölkənın üzgüçülərinin qatıldığı turnirdə həmyerlimiz 200 metr batterflyay üsulunda üzmədə yalnız yerli idmançı, Böyük Pyotr adına Sankt-Peterburq Politexnik Universitetinin tələbəsi Roman Şevlyakovdan geri qalıb.

Bu üsulda üçüncü yeri Rusiyanın Ural Dövlət Universitetinin tələbəsi Dmitri Noviçkov tutub.

Azərbaycanın digər üzgüçüsü Fatimə Alkərəmova iki dəfə finala vəsiqə qazansa da, ilk “üçlüy”ə düşə bilməyib.