"Azərbaycan xalqı üçün yenidən Xankəndidə oynamağa hazırıq"
"Qarabağ" Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində Xankəndidə keçirilən görüşdə MOİK-i məğlub edib (1:0).
Mediasport.az tarixi qarşılaşmadan sonra açıqlama verən "köhlən atlar"ın yarımmüdafiəçisi Yassin Benzianın fikirlərini təqdim edir:
- Çətin oyun oldu. Meydançanın durumu yaxşı deyildi, lakin buna baxmayaraq, qələbə qazandıq. Bu qalibiyyət bizim üçün çox vacib idi.
MOİK-dən belə performans gözləyirdiz? Rəqibin çıxışını necə qiymətləndirirsiz?
- Çox yaxşı komandadır. Bu gün əla oyun sərgilədilər. Onlar əksərən süniörtüklü meydançada oynayırlar və ola bilsin ki, buna görə yaxşı mübarizə apardılar. Düşünürəm ki, "Qarabağ"la oyun MOİK üçün böyük təcrübə oldu.
Qarşıdakı oyunlarınızı da Xankəndi şəhər stadionunda keçirmək istərdiz?
- Niyə də olmasın? Bu gün burada oynadığımız üçün çox xoşbəxtik. Azərbaycan xalqı, azarkeşlərimiz üçün yenidən burada oynamağa hazırıq.