Yığma komandamız Avropa çempionatı üçün Avstriyaya getdi

Yığma komandamız Avropa çempionatı üçün Avstriyaya getdi

Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparacaq kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avstriyaya yola düşüb.

Mediasport.az xəbər verir ki, B qrupunda yer alan komandamızın ilk oyunu avqustun 17-də Avstriya yığmasına qarşı olacaq.

Voleybolçularımız növbəti görüşü avqustun 24-də Bakıda Belçika millisinə qarşı keçirəcəklər.

Qitə birinciliyinin təsnifat mərhələsində çıxış edəcək komandanın heyətində 14 voleybolçu yer alıb:

Hücumçular: Vüqar Bayramov, Andrey Melnikov, Cavid Əzimov, Yusif Bünyatov, Aslan Həmidov, Ruslan Əliyev

Blokçular: Elmin Alışanov, Mərdan Məmmədov, Ramazan Ağabəyov

Toppaylayıcılar: Roman Qurski, Əmirmehdi Ablou, Vüsal Rüstəmov

Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov

Baş məşqçi: Fərid Cəlalov

Köməkçi məşqçilər: Akif Vəliyev, Ülvi Rəcəbli