Təmsilçimiz Almaniya klubuna qarşı

Təmsilçimiz Almaniya klubuna qarşı

Qadın voleybolçulardan ibarət “Azərreyl” bu gün Çağırış kuboku yarışında növbəti oyununu keçirəcək.

mediasport.az xəbər verir ki, komanda 1/16 final mərhələsinin ilk matçında Almaniyada “Türingen” klubu ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Əvvəlcədən razılaşmaya əsasən, cavab görüşü dekabrın 15-də eyni məkanda keçiriləcək.