"Xarı Bülbül Şuşa"dan darmadağın, "Neftçi" məğlubiyyətə üzülüb
Azərbaycan Yüksək Liqasında kişi voleybolçuların mübarizəsində növbəti oyunlar baş tutub.
Mediasport.az xəbər verir ki, öncə "Xarı Bülbül Şuşa" MOİK-i meydana çıxmağına peşman edib.
Daha sonra "Azərreyl" və "Murov Az Terminal" eyni hesabla, müvafiq olaraq, "Xarı Bülbül Laçın" və "Neftçi" üzərində qələbə qazanıblar.
Azərbaycan Yüksək Liqası. 7-ci tur. Kişilərin mübarizəsi
"Xarı Bülbül Şuşa" - MOİK 3:0 (25:18, 25:22, 25:15)
"Xarı Bülbül Laçın" - "Azərreyl" 1:3 (23:25, 20:25, 25:21, 22:25)
"Murov Az Terminal" - "Neftçi" 3:1 (25:19, 25:20, 17:25, 25:22)