Millimizin üzvü Macarıstan klubu ilə vidalaşıb Azərbaycana qayıtdı
Qadın voleybolçulardan ibarət yığma komandamızın üzvü Şəfaqət Alışanova karyerasını yenidən Azərbaycanda davam etdirəcək.
mediasport.az xəbər verir ki, 4 ay əvvəl Macarıstanın "Elöre" klubuna keçən 31 yaşlı toppaylayıcı "Azərreyl"ə dönüb.
Alışanovanın Sekeşfehervar təmsilçisi ilə anlaşması başa çatıb. Polşada da legioner həyatı yaşamış milli üzvü Macarıstana Yunanıstanın "Porfiras" klubundan yollanmışdı.