Azərbaycanda oynamış ispaniyalı futbolçunu 16 illik həbs gözləyir
2012-ci ildə hazırda tarixə qovuşmuş "Bakı"da oynamış "Koke" ləqəbli Serxo Kontreras Pardo yenidən həbs edilib.
mediasport.az xəbər verir ki, "Marsel" və "Malaqada da çıxış etmiş 40 yaşlı sabiq futbolçu bu dəfə daha uzun müddətə - 16 illik həbs oluna bilər.
"Koke" Avropada narkotik maddələrin alınması və yayılması ilə məşğul olan dəstə yaratmaqda ittiham edilir. İş üzrə məhkəmə Malaqada aparılır, yaxın günlərdə qərar çıxarılacaq. İspaniyalının təqsiri təsdiqlənsə, eyni zamanda 150 min avro cərimə də ödəyəcək.
O, 2019-cu ildə narkotik alveri ilə məşğul olduğu üçün 18 ay azadlıqdan məhrum edilmiş və 2021-ci ilin iyulunda 15 min avro girov qarşılığında azadlığa buraxılmışdı.