"Neftçi"də yeni futbolçu - RƏSMİ

"Neftçi"də yeni futbolçu -  RƏSMİ

"Neftçi" Azərbaycan millisinin üzvü Höccət Haqverdini transfer edib. 

mediasport.az xəbər verir ki, klub bu barədə məlumat paylaşıb. "Traktor"la vidalaşan 29 yaşlı mərkəz müdafiəçisi ilə 1,5 illik müqavilə bağlanıb. O, 3 nömrəli formanı geyinəcək.

Höccət Haqverdi 2021-ci ildən Azərbaycan millisində çıxış edir. 2021-2022-ci illərdə "Sumqayıt"ın heyətində oynayıb.