Azərbaycan yığmasının üzvünün komandası 56 ildən sonra 1-ci liqada!
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Mustafa Yıldırımın şərəfini qoruduğu "Çorum" Türkiyə 1-ci liqasına vəsiqə qazanıb.
mediasport.az xəbər verir ki, 2-ci liqada mövsüm başa çatmamış çempionluğunu rəsmiləşdirən futbolçumuzun komandası 56 ildən sonra 1-ci liqaya yüksəlməyi bacarıb.
2020-ci ildən yığmamızda oynayan milliləşdrilmiş türkiyəli mərkəz hücumçusu yanvardan "Çorum"da çıxış edir. U-21 yığmamızda 9 oyuna 1 qol vurmuş Yıldırım Türkiyə ikinci liqasında 6 çempionat oyunu keçirib.