Yığma komandamızın lideri İtaliyadan qızıl medalla qayıdır - FOTO

Yığma komandamızın lideri İtaliyadan qızıl medalla qayıdır - FOTO

Akademik avarçəkmə üzrə Azərbaycan yığmasının üzvü Diana Dimçenko daha bir beynəlxalq reqatada qızıl medal qazanıb.

mediasport.az xəbər verir ki, ukraynalı legioner İtaliyada təşkil edilən “Paolo d’Aloja” memorialında zirvəyə yüksəlib.

İtaliya Avarçəkmə Federasiyasının keçmiş prezidentinin xatirəsinə həsr edilən və sayca 37-ci dəfə keçirilən beynəlxalq reqatada Dımçenko bir nəfərlik qayıqla 2000 metr məsafəyə təsnifat mərhələsində 3-cü olub və finala vəsiqə qazanıb. Final yürüşündə isə idmançı ən yaxın izləyicisi serbiyalı Yovana Arsiki 1,05 saniyə geridə qoymaqla qızıl medala layiq görülüb.

Finişə 3-cü çatan Özbəkistan təmsilçisi, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Anna Prakateni isə gümüş medaldan cəmi 1,3 saniyə geri qalıb.